Veb sayt · Səhiyyə

Sədəf Klinika

Tibbi laboratoriya və klinika üçün analiz kataloqu, check-up paketləri və onlayn nəticə ilə sayt

Müştəri
Sədəf Klinika
Texnologiyalar
Laravel (PHP), HTML5 / CSS3, Çoxdilli / Multilingual
Canlı sayt
sedef-klinika.az
sedef-klinika.az Sədəf Klinika

Layihə haqqında

Sədəf Bakıda fəaliyyət göstərən tibbi laboratoriya və poliklinikadır: laboratoriya analizləri, 8 ixtisas üzrə həkim qəbulu, check-up paketləri və evdən qan götürmə xidməti.

Klinika üçün saytı sıfırdan dizayn edib proqramlaşdırdıq: pasiyent analizi tapır, qiymətini görür, səbətə əlavə edir və nəticəsini onlayn yükləyir.

Tapşırıq

Klinikanın xidmətləri çoxdur: minlərlə analiz, bir neçə şöbə, onlarla həkim və dəyişən kampaniyalar. Pasiyent lazım olan analizi və ya həkimi tez tapmalı, qiyməti əvvəlcədən görməli, nəticəni isə klinikaya gəlmədən almalı idi. Sayt üç dildə işləməli idi.

Nə qurduq

Laravel üzərində axtarışlı və kateqoriyalı analiz kataloqu, səbət və sifariş forması qurduq. Şöbə və həkim profilləri, həftəlik qəbul günləri, endirimli check-up paketləri və kampaniyalar ayrıca bölmələrdədir. E-nəticə bölməsində pasiyent sifariş nömrəsi və doğum tarixi ilə nəticəsini PDF kimi yükləyir. Sayt Azərbaycan, ingilis və rus dillərindədir.

Nələr var

Analiz kataloqu və səbət
Axtarış, kateqoriyalar, qiymət və nəticə müddəti; seçilən analizlər səbətdən sifariş edilir.
E-nəticə
Sifariş nömrəsi və doğum tarixi ilə nəticəni PDF kimi yükləmək.
Həkim profilləri
İxtisas, təcrübə, reytinq və həftəlik qəbul günləri.
Şöbələr
Hər ixtisas üçün ayrıca səhifə və həmin şöbənin həkimləri.
Check-up paketləri
Qadın, kişi və uşaq paketləri, köhnə və endirimli qiymətlə.
Kampaniyalar
Müddətli endirimlər ana səhifədə və ayrıca bölmədə.
Üç dil
Azərbaycan, ingilis və rus dilləri, hreflang ilə.

Nəticə

Pasiyent analizi seçib qiymətini görür, sifarişi saytdan verir və nəticəsini istənilən yerdən yükləyir.

Şöbələr, həkimlər, paketlər və kampaniyalar bir sistemdə toplanıb, klinikanın bütün xidmətləri bir saytda təqdim olunur.

Digər layihələr

Bütün layihələr

Pit.az

Avtoservis və STO-lar üçün SaaS idarəetmə platforması

Saytınızın pulsuz auditini alın

Bir iş günü ərzində sürət, mobil təcrübə, SEO və AI axtarışlarında görünürlük üzrə qısa analiz və ən vacib düzəlişlərin siyahısını alırsınız. Pulsuz və heç bir öhdəlik olmadan.

Yeni layihə barədə danışmaq istəyirsiniz? Brif göndərin və ya zəng edin: +994 55 245 5993