Avtoservis

Avtoservislər üçün sayt və idarəetmə sistemi

Onlayn qəbul, iş sifarişləri, smeta, anbar və müştəri bazası — servisinizi bir sistemdən idarə edin.

Layihənizi müzakirə edək Qiyməti hesablayın

Avtoservisdə iş adətən dəftər, Excel və WhatsApp arasında bölünür: kim hansı maşına baxır, hansı hissə sifariş olunub, smeta təsdiqlənibmi. Bu qarışıqlıq vaxt itkisi və müştəri narazılığı deməkdir.

Avtoservislər üçün həm müştəri gətirən sayt, həm də daxili idarəetmə sistemi hazırlayırıq. Pit.az platformasında qəbul, Kanban lövhəsi ilə iş sifarişləri, smeta, anbar, usta tapşırıqları və faktura bir yerdədir. Kiçik servis üçün onlayn qeydiyyatlı sayt ilə başlamaq da olar.

Saytda nə olmalıdır

Onlayn qəbul
Müştəri xidməti və vaxtı seçir, servis təsdiqləyir.
İş sifarişləri (Kanban)
Hər maşının vəziyyəti lövhədə: qəbul, diaqnostika, təmir, hazırdır.
Smeta və faktura
Hissə və işçilik üzrə smeta, müştəri təsdiqi, faktura.
Anbar
Hissələrin qalığı və sifarişi.
Usta tapşırıqları
Kim hansı işi görür və nə qədər vaxt sərf edir.
Müştəri bazası
Maşın tarixçəsi və təkrar xidmət xatırlatmaları.

Bu sahədə layihələrimiz

Bütün layihələr

SaaS · Avtoservis

Pit.az

Avtoservis və STO-lar üçün SaaS idarəetmə platforması

Layihə necə gedir

  1. 1

    Kəşf və araşdırma

    Biznes hədəfləriniz, auditoriya və rəqiblər — layihənin təməlini birlikdə qoyuruq.

    3-5 gün

  2. 2

    Strategiya və struktur

    Səhifə arxitekturası, məzmun planı və istifadəçi axını təsdiqlənir.

    4-6 gün

  3. 3

    Dizayn

    Vizual konsepsiya, interaktiv prototip və brend detalları — birgə baxışla.

    1-2 həftə

  4. 4

    İnkişaf

    Təmiz kod, cihazlara uyğunluq, sürət optimizasiyası və CMS inteqrasiyası.

    2-3 həftə

  5. 5

    Yayım və dəstək

    Test, yerləşdirmə, təlim və təhvildən sonra davamlı texniki dəstək.

    Davamlı

Ödənişi üç mərhələdə, işi gördükcə edirsiniz

Saytınız neçəyə başa gələcək?

1. Layihə növü
2. Səhifə sayı: 5
140
3. Əlavələr

Suallar

Pit.az hazır sistemdir, yoxsa fərdi hazırlanır?

Pit.az hazır SaaS platformadır — qoşulub dərhal istifadə etmək olar. Fərqli proses lazımdırsa, fərdi modul və ya ayrıca sistem də hazırlayırıq.

Bir neçə filialı idarə etmək olar?

Bəli, sistem çox filiallı işləyir: hər filialın öz işləri, anbarı və istifadəçiləri olur.

Sayt nə qədər vaxta hazır olur?

Kiçik sayt adətən 10–14 günə, 10 səhifəyə qədər korporativ sayt 3–4 həftəyə hazır olur. Mürəkkəb funksiyalar (onlayn ödəniş, kabinet, inteqrasiyalar) olan layihələrdə müddəti ilk görüşdən sonra dəqiqləşdiririk.

Saytı özümüz yeniləyə biləcəyik?

Bəli. Hər saytı admin panellə təhvil veririk: mətnləri, şəkilləri, qiymətləri və SEO məlumatlarını proqramçısız dəyişə bilərsiniz.

Saytınızın pulsuz auditini alın

Bir iş günü ərzində sürət, mobil təcrübə, SEO və AI axtarışlarında görünürlük üzrə qısa analiz və ən vacib düzəlişlərin siyahısını alırsınız. Pulsuz və heç bir öhdəlik olmadan.

Yeni layihə barədə danışmaq istəyirsiniz? Brif göndərin və ya zəng edin: +994 55 245 5993