RipCrack
Proqram təminatı kataloqu, onlayn sifariş və tam idarəetmə paneli
Kataloq, səbət, onlayn ödəniş, istifadəçi kabineti və kuponlar — məhsulları özünüz idarə etdiyiniz mağaza.
Onlayn mağazada satışı dizayn yox, rahatlıq gətirir: məhsulu tapmaq, qiyməti görmək, səbətə atmaq və ödəmək üçün nə qədər az addım olsa, bir o qədər çox sifariş gəlir.
Mağazanı məhsul çeşidinizə uyğun qururuq: kateqoriyalar, filtrlər, variantlar (ölçü, rəng), stok və endirimlər. Azərbaycan bankları ilə onlayn ödəniş, sifariş bildirişləri və istifadəçi kabineti daxildir. Məhsulları, qiymətləri və kampaniyaları admin paneldən özünüz idarə edirsiniz. Satış hələ oflayndırsa, onlayn ödənişsiz məhsul kataloqu ilə başlamaq da olar.
Biznes hədəfləriniz, auditoriya və rəqiblər — layihənin təməlini birlikdə qoyuruq.
Səhifə arxitekturası, məzmun planı və istifadəçi axını təsdiqlənir.
Vizual konsepsiya, interaktiv prototip və brend detalları — birgə baxışla.
Təmiz kod, cihazlara uyğunluq, sürət optimizasiyası və CMS inteqrasiyası.
Test, yerləşdirmə, təlim və təhvildən sonra davamlı texniki dəstək.
Ödənişi üç mərhələdə, işi gördükcə edirsiniz
Azərbaycanda işləyən bank ödəniş şlüzləri (məsələn, Epoint) və kartla ödəniş. Bunun üçün bankla merchant müqaviləniz olmalıdır, prosesdə kömək edirik.
Bəli, ilk yükləməni Excel/CSV faylından edirik, sonra məhsullar admin paneldən idarə olunur.
Kiçik sayt adətən 10–14 günə, 10 səhifəyə qədər korporativ sayt 3–4 həftəyə hazır olur. Mürəkkəb funksiyalar (onlayn ödəniş, kabinet, inteqrasiyalar) olan layihələrdə müddəti ilk görüşdən sonra dəqiqləşdiririk.
Bəli. Hər saytı admin panellə təhvil veririk: mətnləri, şəkilləri, qiymətləri və SEO məlumatlarını proqramçısız dəyişə bilərsiniz.
Bir iş günü ərzində sürət, mobil təcrübə, SEO və AI axtarışlarında görünürlük üzrə qısa analiz və ən vacib düzəlişlərin siyahısını alırsınız. Pulsuz və heç bir öhdəlik olmadan.
Yeni layihə barədə danışmaq istəyirsiniz? Brif göndərin və ya zəng edin: +994 55 245 5993