Sədəf Klinika
Tibbi laboratoriya və klinika üçün analiz kataloqu, check-up paketləri və onlayn nəticə ilə sayt
Analiz kataloqu və qiymətlər, onlayn nəticə, həkim profilləri və check-up paketləri — pasiyentin axtardığı hər şey bir neçə kliklə.
Pasiyent klinikanın saytına üç sualla gəlir: bu analiz varmı və neçəyədir, hansı həkim nə vaxt qəbul edir, nəticəm hazırdırmı? Sayt bu suallara tez cavab verəndə zəng mərkəzinin yükü azalır və pasiyent rəqibin saytına keçmir.
Klinika saytını xidmətlərinizin real strukturuna uyğun qururuq: şöbələr, həkimlər, analizlər və paketlər ayrı-ayrı idarə olunur, hamısı isə bir-birinə bağlıdır. Sayt Azərbaycan, rus və ingilis dillərində işləyir və telefonda sürətli açılır.
Tibbi laboratoriya və klinika üçün analiz kataloqu, check-up paketləri və onlayn nəticə ilə sayt
Biznes hədəfləriniz, auditoriya və rəqiblər — layihənin təməlini birlikdə qoyuruq.
Səhifə arxitekturası, məzmun planı və istifadəçi axını təsdiqlənir.
Vizual konsepsiya, interaktiv prototip və brend detalları — birgə baxışla.
Təmiz kod, cihazlara uyğunluq, sürət optimizasiyası və CMS inteqrasiyası.
Test, yerləşdirmə, təlim və təhvildən sonra davamlı texniki dəstək.
Ödənişi üç mərhələdə, işi gördükcə edirsiniz
Əksər hallarda bəli: LIS sisteminiz API və ya fayl ixracı verirsə, nəticələri və analiz siyahısını avtomatik çəkirik. Bunu ilk görüşdə texniki olaraq yoxlayırıq.
Nəticələr yalnız sifariş nömrəsi və doğum tarixi ilə açılır, açıq linklə paylaşılmır, sayt HTTPS üzərində işləyir və giriş cəhdləri məhdudlaşdırılır.
Kiçik sayt adətən 10–14 günə, 10 səhifəyə qədər korporativ sayt 3–4 həftəyə hazır olur. Mürəkkəb funksiyalar (onlayn ödəniş, kabinet, inteqrasiyalar) olan layihələrdə müddəti ilk görüşdən sonra dəqiqləşdiririk.
Bəli. Hər saytı admin panellə təhvil veririk: mətnləri, şəkilləri, qiymətləri və SEO məlumatlarını proqramçısız dəyişə bilərsiniz.
Bir iş günü ərzində sürət, mobil təcrübə, SEO və AI axtarışlarında görünürlük üzrə qısa analiz və ən vacib düzəlişlərin siyahısını alırsınız. Pulsuz və heç bir öhdəlik olmadan.
Yeni layihə barədə danışmaq istəyirsiniz? Brif göndərin və ya zəng edin: +994 55 245 5993