MSCA
Tikinti, aqrar və neft xidmətləri şirkəti üçün korporativ sayt
Görülmüş layihələr, xidmət istiqamətləri, sertifikatlar və tender sorğusu — sifarişçinin və tərəfdaşın yoxladığı hər şey bir yerdə.
Tikinti və sənaye sahəsində sifarişçi şirkəti adətən tenderdən və ya tövsiyədən sonra saytda yoxlayır: hansı layihələri görüb, hansı avadanlığı və sertifikatları var, kimlərlə işləyib. Sayt bu yoxlamadan keçməyə kömək etməlidir.
Bu sahə üçün saytı layihə portfeli üzərində qururuq: hər obyektin şəkilləri, həcmi və görülən işlər. Xidmətlər, kadr kateqoriyaları, vakansiyalar və sorğu forması ayrıca idarə olunur. Xarici tərəfdaşlar üçün ingilis və rus dilləri də daxildir.
Biznes hədəfləriniz, auditoriya və rəqiblər — layihənin təməlini birlikdə qoyuruq.
Səhifə arxitekturası, məzmun planı və istifadəçi axını təsdiqlənir.
Vizual konsepsiya, interaktiv prototip və brend detalları — birgə baxışla.
Təmiz kod, cihazlara uyğunluq, sürət optimizasiyası və CMS inteqrasiyası.
Test, yerləşdirmə, təlim və təhvildən sonra davamlı texniki dəstək.
Ödənişi üç mərhələdə, işi gördükcə edirsiniz
Bəli. Yeni obyekt admin paneldən şəkilləri və təsviri ilə bir neçə dəqiqəyə əlavə olunur.
Xarici tərəfdaşlarla işləyirsinizsə, AZ + EN minimumdur; Rusiya və MDB bazarı üçün RU da əlavə edirik.
Kiçik sayt adətən 10–14 günə, 10 səhifəyə qədər korporativ sayt 3–4 həftəyə hazır olur. Mürəkkəb funksiyalar (onlayn ödəniş, kabinet, inteqrasiyalar) olan layihələrdə müddəti ilk görüşdən sonra dəqiqləşdiririk.
Bəli. Hər saytı admin panellə təhvil veririk: mətnləri, şəkilləri, qiymətləri və SEO məlumatlarını proqramçısız dəyişə bilərsiniz.
Bir iş günü ərzində sürət, mobil təcrübə, SEO və AI axtarışlarında görünürlük üzrə qısa analiz və ən vacib düzəlişlərin siyahısını alırsınız. Pulsuz və heç bir öhdəlik olmadan.
Yeni layihə barədə danışmaq istəyirsiniz? Brif göndərin və ya zəng edin: +994 55 245 5993